Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan rəsmi olaraq Azərbaycanda saxlanılan erməni əsirləri əvəzinə oğlunu verməyə hazır olduğunu bəyan etdi.
Bu haqda Paşinyan Aparan sakinləriylə ilə görüşü zamanı Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Paşinyan 20-25 hərbi əsiri geri qaytarmaq müqabilində öz oğluna versin dediklərinə cavab olaraq bəyan edib.
“Əliyevə rəsmi olaraq deyirəm: oğlumu bütün əsirlərin əvəzinə verirəm” – deyərək Paşinyan bəyan edib.
Ermənistanın ikinci Prezidenti Robert Koçaryana və üçüncü Prezident Serj Sarkisyana müraciət edərək, onlara bu mövzuda danışıqlara icazə verdiyini qeyd etdi.
“Duygusal bir şey söylədiyimi düşünməyin. Rəsmi olaraq bəyan edirəm. Gedin danışıqlar aparın” – deyərək Paşinyan qeyd etdi ki, onların cavabını gözləyirəm.