BaşlıcaSiyasət

Təxribat və ya mina basdırma məsələsi yoxdur, Azərbaycan təbliğatı insanların əsir götürülməsinə haqq qazandırmağa çalışır: Babayan

Hər hansı bir təxribat və ya mina basdırma məsələsi yoxdur, Azərbaycan təbliğatı insanların əsir götürülməsinə və oğurlanmasına haqq qazandırmağa çalışır. Bunu Artsax XİN başçısı Davit Babayan armtimes.com-a bildirib.

Xatırladaq ki, iyunun 8-də səhər saatlarında duman səbəbindən yolunu azaraq Azərbaycan nəzarətində olan əraziyə keçmiş ER Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, sıravi A. Katanyanı Azərbaycan MN diversant olaraq təqdim etmişdi. Ancaq, sonra bu məlumatı həm ER, həm də Azərbaycan Müdafiə Nazirliyi təkzib etmişdi.

Babayanın sözlərinə görə, Azərbaycanda bir çox erməni əsir vardır və onlar əsirləri qaytarmaq istəmirlər ki, bu da terrorizmin və nasizmin təzahürüdür. Bunun üçün də onları əsassız olaraq cinayətkarlara çevirməyə və uzun illər həbs cəzasına məhkum etməyə çalışırlar.

Babayan qeyd edib ki, Artsax XİN bu məsələlərlə bağlı işlər aparır və məlumatlandırır, ancaq Azərbaycan terrorist dövlət olduğu üçün onunla beynəlxalq ictimaiyyət iş aparmalıdır. Xİ nazirin fikrincə, bütün bu həm də rus sülhməramlıların işini çətinləşdirmək, Ermənistan-Rusiya qardaş münasibətlərini pozmaq üçündür.

Artsax Xarici işlər naziri vurğuladı ki, Azərbaycan beynəlxalq təşkilatların ziyaətlərinə icazə vermir və əsirlərə qarşı o qədər fiziki zoraklıq tətbiq edir ki, hətta Kennedinin qətlini öz üzərlərinə götürə bilərlər.

Babayanın sözlərinə görə, əgər Azərbaycan normal bir ölkə olsaydı, əsirləri azad etməli idi, lakin onlar absurd açıqlamalar verir və hərbçilərimizi girov götürürlər.

Daha çox göstər
Back to top button