
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova bildirib ki, Rusiyanın “Матч ТВ”-nin jurnalisti və idman şərhçisi Nobel Arustamyan 2020-ci il Avropa çempionatının oyunlarını işıqlandıra bilmək üçün akkreditasiyası alıb.
“İdman şərhçisi Nobel Arustamyan futbol üzrə Avropa çempionatında akkreditə olunub. İşləməyə davam edirik”,- deyə Zaxarova öz Telegram kanalında bildirib.
Daha əvvəl “Матч ТВ”-nin baş prodüseri Tina Kandelaki öz Telegram kanalında bildirib ki, futbol federasiyalarından birinin şərhçi Arustamyanı təsdiqləməkdən imtina edib və bundan sonra Zaxarova Arustamyanın çempionatı işıqlandırması üçün Avropa Futbol Assosiasiyası (UEFA) ilə işlədiklərini bildirmişdi.