BaşlıcaSiyasətTəhlil

Artsax məsələsi beynəlxalq gündəmdə -Yeni “oyunçu” Almaniya nəyi dəyişəcək?

Politoloq Robert Qevondyanın fikrincə, regional proseslərdə Rusiya-Türkiyə razılaşmaları, bəyanatlarda Minsk Qrupuna istinadlarına baxmayarq, Minsk Qrupunu kənarda buraxırlar. Minsk Qrupunun bloklanmış fəaliyyətlərinin bərpası beynəlxalq oyunçuların Artsax məsələsinin müzakirəsi gündəmində olacaq və Almaniyanın telefon müzakirələrində iştirakı Minsk Qrupu formatının yetərli olmadığını göstərir.

“Təkcə Fransanın səyləri yetərli olmadığı üçün Avropa daha çox iştirak etməyə çalışır. Minsk Qrupu formatında proseslərin bərpasına, hər şeydən əvvəl, Azərbaycanın mövqeyi mane oldur. Qərb öz içtirakını artırmaq üçün Almaniyanı prosesə cəlb etməyə çalışır”,-politoloq deyib.

Politoloq Edgar Vardanyanın sözlərinə görə, Artsax məsələsi beynəlxalq gündəmə girir və Almaniya, Avropa İttifaqının əsas ölkələrindən biri olaraq, prosesdən kənarda qala bilməz. Ekspert son sərhəd hadisələrinin bölgəni beynəlxalq oyunçular üçün daha vacib etdiyini deyib.

“Müxtəlif dövlətlərin Ermənistan ərazisindən çıxması barədə çox açıq tələblərinə baxmayaraq, Azərbaycan Ermənistanın suveren ərazisindən çıxmır və əlbəttə ki, bu regional təhlükəsizlik baxımından yeni bir problem yaradır, problemi daha da beynəlxalqlaşdırır”,-Edgar Vardanyan qeyd edib.

İyunun 14-də ABŞ prezidenti Co Bayden NATO sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Dağlıq Qarabağ məsələsini müzakirə edəcək. Dövlət başçılarının görüşündə Dağlıq Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq. İyunun 16-da isə, Rusiya-Amerika zirvəsi çərçivəsində Putin-Bayden görüşü olacaqdır və politoloqlar istisna etmir ki, bu görüşdə də Artsax məsələsi müzakirə olunacaqdır.

“Siyasi proseslərdən sonra bölgəmizdə yaranan nəticələr müəyyən dərəcədə həm Rusiyanın, həm də Türkiyənin maraqları ilə üst-üstə düşür. Ancaq ABŞ da öz rolunu və maraqlarını irəli sürməyə çalışır”,-Qevondyan qeyd edib.

Politoloq Edgar Vardanyanın fikrincə, ABŞ mövqelərini gücləndirir və daha nüfuzlu olmağa çalışır. Rəsmi Ankara Bakının iddialarını müdafiə etməyə çalışacaq və Bayden Erdoğana Türkiyənin bölgədəki sabitliyi pozan hərəkətlərinə davam etməməli olduğunu çatdıracaqdır.

Politoloqlara görə, bölgədə Rusiya-Türkiyə birliyi hökm sürür, supergüclərin liderlərinin nəyi müzakirə etdiklərindən asılı olmayaraq, Ermənistan geopolitik maraqlar toqquşması sahəsində öz maraqlarını irəli sürməlidir.

Daha çox göstər
Back to top button