BaşlıcaBeynəlxalq

Blinken Menendesə: “ABŞ Azərbaycana yardımın mümkün dayandırılması məsələsini araşdıracaq”

ABŞ Dövlət katibi  Entoni Blinken Senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələr ərzində ,komitə sədri demokrat senator Bob Menendesin sualına cavab olaraq ABŞ tərəfindən  Azərbaycana o cümlədən hərbi yardım ayırmaq qadağasından yan keçməklə bağlı aylar öncə  olan qərara toxunub.

Amerika rəhbərliyinin bu qərarından sonra Azərbaycan,  faktiki Ermənistan Respublikasının ərazi bütövlüyünü pozdu.Müharibə zamanı əsir götürdüyü erməniləri azadlığa buraxmayıb və bu da  beynəlxalq qanun pozuntusudur.

ABŞ rəhbərliyi Azərbaycana kömək etməyə icazə verərkən bununla da biz  onlar qarşısında yaşıl işıq yandırmalı olduq”-deyərək senator Menendes bəyan edib.

Buna cavab olaraq dövlət katibi  Blinden deyib ki, həmin məsələni onlar nəzərdən keçirməyi davam edəcəklər.

”Biz məsələni nəzərdən keçirməyi davam edəcəyik Mən bunun ətrafında aktivliklə işləmişəm Xüsusiylə əsirlərin qayıdışı, danışıqlar ətrafında məsələni qiymətləndirməyə davam edəcəyik. Bu işdə fəal şəkildə işləyirəm” – deyərək ABŞ dövlət katibi digər   şərhlərdən imtina edib.

Daha çox göstər
Back to top button