BaşlıcaBeynəlxalqSiyasət

Daha üç iş üzrə AIHM-in qərarı ilə Azərbaycan hökuməti təxminən 28 min avro kompensasiya ödəməlidir

İyunun 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan daha üç iş üzrə qərarını elan edib. Məlumatı “Turan agentliyi yayıb.

“Emin Ələkbərov və başqaları (6 nəfər) Azərbaycana qarşı” iş üzrə Avropa məhkəməsi hesab edib ki, ərizəçilərə qarşı 5.1-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddə pozulub.

Məhkəmə 7 ərizəçinin hər birinə 3 min avro (cəmi 21 min avro) ödəmənilməsi barədə qərar çıxarıb. Daha 1 min avro bütün ərizəçilərin məhkəmə xərcləri üçün ödənilməlidir.

Bu iş Səid Nursi dini cərəyanının 7 nümayəndəsinin şikayətinə aid olub. 2015-ci ildə Gədəbəy rayonunda fərdi evdə onların toplantısının qarşısı alınıb. Dini yığıncağın iştirakçıları polisə aparılıb və bütün gecəni orada saxlanılıblar. Ertəsi gün onlara inzibati cərimə təyin edilib. Ölkənin yuxarı məhkəmə instansiyaları bu qərarı qüvvədə saxlayıblar.

“Vidadi Əli oğlu İnsanov Azərbaycana qarşı” işində hökumət ərizəçiyə 5 min avro və məhkəmə xərclərinin ödənilməsi üçün daha 1 min avro kompensasiya ödəməlidir.

Ərizəçi – keçmiş səhiyyə naziri Əli İnsanovun oğlunun şikayəti onun xaricə getməsinə qadağa qoyulması ilə bağlı olub və o, hərəkət azadlığının pozulmasından şikayət edib.

 “Ş.A. Azərbaycana qarşı” işini Avropa məhkəməsi baxılmadan çıxarmağı qərara alıb, çünki 31 mart 2021-ci il tarixində iddiaçı özü müraciət edərək işin davam etdirilməsindən imtina edib.

Daha çox göstər
Back to top button