BaşlıcaSiyasət

“Hayastani Hanrapetutyun” gündəlik qəzeti: “Türkiyə “yumşaq güc” siyasətini işə keçirib”

Brüsseldə  iyunun 14-də  keçiriləcək NATO zirvəsindən öncə  Türkiyə “yumşaq güc” siyasətini həyata keçirməyə çalışır. Beynəlxalq güc balansının əhəmiyyətli dərəcədə dəyişdiyi bugünkü geopolitik dəyişikliklər kontekstində, Türkiyə özünü bölgədə super güc hesab edir ki,o da digər supergüclərin aləti olmaqdan dünyadakı inkişaflarda daha çox rol oynaya biləcək bir regional güc olaraq görür.

Bu kontekstdə günlər öncə  türk və İngilis dillərində nəşr olunan “Daily Sabah” maraqlı bir məqalə yayımladı və  qeyd etdi ki,“türk-amerikan münasibətləri ətrafındakı danışıqlarda Bayden gərək Türkiyənin əzəmətli yumşaq  gücünü vacibliyin  Çinlə onların rəqabəti məsələsində hesaba alsın”.

Daha əvvəl Sovetlər Birliyində cilovlama rolunu oynayan Türkiyə, indi Çinlə rəqabət  məsələsində Qərbə və ABŞ-a öz “xidmətlərini” təqdim edir.

 Coğrafi mövqeyi və böyük iqtisadi təsiri sayəsində Çin Orta Asiya türk dövlətlərində siyasi nüfuzunu genişləndirmək üçün Türkiyəni təhdid edir. Bu səbəbdən Türk tərəfi özünün “dəstəyini”  təklif edir, bunun qiyməti isə hegemonluğunun türk dünyasında Qərb və ABŞ tərəfindən tanınması olmalıdır …

Daha çox göstər
Back to top button