Başlıcaİctimaiyyət

Ermənistanda hər gün 1800-1900 nəfər koronavirusa qarşı peyvənd olunur

Ermənistanda gündəlik 1800-1900 nəfər koronavirusa qarşı peyvənd olunur. Peyvənd olunanların ümumi sayı artıq 50 mini keçib.

Bunu səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan bildirdi.

Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti AstraZeneca peyvəndi seçib. O bildirdi ki, gündə təxminən 3000 nəfər peyvənd oluna bilər.

Nazir səlahiyyətlərini icra edən Anahit Avanesyanın sözlərinə görə, payızda “Novovax” və “Johnson” peyvəndlərinin alınması barədə razılaşmalar var. “Pfizer”-in təklifi yaxın vaxtlarda başa çatacaq, “Moderna” peyvəndini əldə etmək üçün hələ dəqiq bir razılaşma yoxdur.

Daha çox göstər
Back to top button