
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi müavini Filip Riker Ermənistan Xarici İşlər Nazirliyində görüş keçirib.
ER Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, görüş zamanı ER və ABŞ Xarici İşlər Nazirliklərinin yüksək səviyyəli rəsmiləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Dağlıq Qarabağ münaqişəsinin həllinə, hərbi əsirlərin və girov götürülmüş mülki şəxslərin dərhal ölkəsinə qaytarılmasına, habelə Azərbayacnın silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisinə zorla daxil olunması nəticəsində yaranmış vəziyyətə xüsusi diqqət yetirilib.
“Hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas rolunun davamını təsdiqlədi. Qeyd olunub ki, humanitar məsələlərin həlli və beynəlxalq humanitar yardımların Artsaxa maneəsiz çıxışı çox vacibdir”,- deyə bəyanatda qeyd olunur.
ABŞ tərəfi Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. ABŞ tərəfi Azərbaycan silahlı qüvvələrinin mayın 11-nə olan mövqelərinə geri qaytarılmasını bir daha təsdiqlədi.
Gələcəkdə cinayətlərin qarşısını almaq üçün Erməni Soyqırımının tanınmasının vacibliyi vurğulandı.
Ermənistan-ABŞ strateji dialoqu çərçivəsində həyata keçirilən sonrakı işlər də müzakirə edildi.