BaşlıcaSiyasət

Sərhəddəki insidentlər Ermənistan-Azərbaycan münasibətlərin normallaşmasına kömək etmir: Zaxarova

Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası prioritet və ən vacib məsələdir və regionun bütün ölkələri, o cümlədən Ermənistan və Azərbaycan onun reallaşdırılmasında maraqlıdır.

Bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirdi.

Onun sözlərinə görə, müvafiq razılaşmalar üçtərəfli bəyanatda olub, bu istiqamətdə işlər üçtərəfli işçi qrupu çərçivəsində üç dövlətin baş nazir müavinlərinə həvalə edilib.

“Mütəxəssislər kommunikasiyanı bərpa etmək üçün lazımi tədbirlərin təhlilini aparıblar ki, bu da yaxın gələcəkdə ortaq infrastruktur layihələrinin mərhələli həyata keçirilməsinə imkan verəcək.

Ümid edirik ki, üçtərəfli işçi qrupu yaxın zamanlarda fəaliyyətini bərpa edəcək. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədindəki müəyyən ərazilərdə baş verən insidentlər münasibətlərin ümumi fonunun normallaşmasına kömək etmir”, – deyə Mariya Zaxarova bildirdi.

Zaxarova tərəfləri təmkinli olmağa, gərginliyi azaltmağa və təzadları sülh, danışıqlar yolu ilə həll etməyə çağırıb.

Daha çox göstər
Back to top button