Ayın 12-də Azərbaycanda saxlanılan 15 hərbi əsirimiz vətənə döndü. Proses ABŞ və Gürcüstan hakimiyyətlərinin müdaxiləsiylə baş tutdu. Bununla əlaqədar Ermənistan Respublikası hökuməti, ABŞ Prezidenti administrasiyasına və Gürcüstan hökumətinə təşəkkür etdi.
Bu haqda Baş nazirin mətbuat Katibi Mane Gevorgyan öz Facebook səhifəsində yazıb.
“Bu gün Azərbaycanda saxlanılan 15 hərbi əsirimiz vətənə qayıtdı. Proses ABŞ və Gürcüstan hakimiyyətlərinin müdaxiləsiylə baş tutub. Bunun üçün Ermənistan Respublikası hökuməti, ABŞ Prezident administrasiyasına və Gürcüstan hökumətinə təşəkkür edib.
Azərbaycanda həbsdə olan bütün vətəndaşlarımızın geri qaytarılması Ermənistan Respublikası hökuməti üçün böyük əhəmiyyətə malikdir. Erməni tərəfinin bütün beynəlxalq tərəfdaşların dəstəyi ilə humanitar prosesi davam etdirmək və konstruktiv addımlar atmaq əzmini bir daha təsdiqləyirik.
Ermənistan Respublikası hökuməti bir daha ATƏT-in Minsk Qrupu həmsədrlərinə, Rusiya Prezidenti Vladimir Putinə, ABŞ Prezidenti Co Baydenə, Fransa Prezidenti Emanuel Makrona və Avropa Şurasının sədri Çarl Mişelə bölgəmizdə göstərdikləri humanitar səylərə, xüsusən erməni hərbi əsirləri vətənə dönmək üçün göstərdikləri səylər üçün təşəkkür edib”.