Başlıcaİctimaiyyət

ATƏT/DTİHB Ermənistandakı parlament seçkiləri günü ATƏT üzv dövlətlərindən 250 müşahidəçi tələb etməyi planlaşdırır


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Ermənistandakı parlament seçkiləri günü ATƏT üzv dövlətlərindən 250 müşahidəçi tələb etməyi planlaşdırır. Bu barədə ATƏT-in rəsmi saytı bildirdi.

Eyni zamanda qeyd olunur ki, müşahidəçilər ölkənin hər yerdə olacaq. Seçkilərdən bir gün sonra DTİHB keçirləcək mətbuat konfransında ilkin nəticələrə dair bir açıqlama verəcək. Bütün seçki prosesinə dair yekun hesabat müşahidə missiyası bitdikdən təxminən səkkiz həftə sonra dərc olunacaq.

Bəyanatda bildirilir ki, DTİHB Seçki Müşahidə Missiyasının seçkiləri ATƏT öhdəliklərinə və digər beynəlxalq öhdəliklərə və demokratik seçki standartlarına, eləcə də milli qanunvericili baxımından qiymətləndirəcək. Bundan başqa, ATƏT Parlament Assambleyası da seçkilərə müşahidə heyəti göndərmək niyyətindədir.

Daha çox göstər
Back to top button