BaşlıcaSiyasət

Kopirkin: “Syünikdə rus hərbi mövcudluğu gücləndirildi”

 Rusiya Ermənistanın Syünik vilayətində öz  hərbi mövcudluğunu gücləndirdi.Bu haqda  jurnalistə verdiyi müsahibəsində  ER-da RF-nın Fövqalədə və səlahiyyətli səfiri Serqey Kopirkin  qeyd edib.

Kopirkinin sözlərincə,  əlavə sərhəd mühafizə qüvvələri yerləşdirilib.Onlar  Rusiya Federasiyasının müxtəlif rayonlarından gətirilib ki, ənənəvi  məsuliyyətli xətdə(erməni-iran və erməni-türk) xüsusən  mübahisəli  hissələrdə   hərbi xidmətlərini həyata keçirsinlər.

Xüsusiylə Qoris-Davit Bek və Kafan-Çakaten yol hissəlrində  bir neçə sərhəd mühafizə məntəqələri yerləşdirilib. Daimi texniki və müşahidəçilik nəzarəti həyata keçirilib.

Səfir şəxsən  rus və erməni sərhədçilərinin mövqelərini ziyarət edib, vəziyyət kifayət qədər sabitdir. Rusiyanın  iştirakı ilə Ermənistan və Azərbaycan sərhəd xidməti komandanlığıarasında danışıqlar aparılıb və münaqişənin artması və silah istifadəsinin qarşısının alınması barədə razılaşmalar əldə edilib.

Onun fikrincə, bu razılaşma işləyir və əsas rol oynayır. Rus hərbçilərinin mövcudluğu öz-özlüyündə çətin vəziyyətdə olan yerli əhali üçün mümkün psixoloji faktordur.

“Əlbətdə ki, Rusiya bayrağı, sərhədçiləri, Gorisdə yerləşən 102-ci hərbi bazanın taburu və Sisiandakı hissəsi əhalinin psixoloji etibarında olduqca vacib birfaktordur.

Sərhədçilər və 102-ci hərbi bazanın sərhədçiləri  və hərbiçiləri insanların özlərini müdafiə olunann hiss etməyə kömək edir:-deyərəkKopirtkin bəyan edib.

Sülhməramlı qüvvələrin komandiri Rüstəm Muradovun mümkün rotasiyası barədə yayılan xəbərlərə münasibət bildirən səfir onun vəzifəsini yerinə yetirməyə davam etdiyini qeyd etdi.

Sülhməramlıların sayına gəldikdə, bu üçtərəfli 2020-ci ilin noyabrında elanına əsasən  olunduğu üçün özbaşına dəyişəcəyi ehtimalı yoxdur.

“Bu, üç tərəf arasındakı razılaşmanın nəticəsidir. Bunun kifayət edib-etmədiyini söyləmək çətindir ․ Bircə onu bilirəm ki, bu qədər qoşunla belə çox intensiv və səmərəli işləyirlər, yalnız sırf dinc məsələləri həll etməklə, yəni barışıq və sabitliyi qorumaq, müvafiq tədbirlər görməklə yanaşı, eyni zamanda  Dağlıq Qarabağda sosial-iqtisadi həyatın bərpasında da tam iştirak edirlər” – deyərək Kopirkin bəyan edib.

Xatırladaq ki, hazırda Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının iki bazası Sünik bölgəsində, Azərbaycan və İranla həmsərhəddir.

Daha çox göstər
Back to top button