ArtsaxBaşlıcaİctimaiyyət

Sülhməramlılar Stepanakert Uşaq Xəstəxanasına tibbi avadanlıqları verib

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin Humanitar Yardım Mərkəzinin əməkdaşları uşaq xəstəxanalarına humanitar yardım çatdırıblar. Məlumatı RF Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.

Rus xeyriyyə təşkilatları adından Stepanakertdəki uşaq xəstəxanalarından birinə ixtisaslaşmış tibbi avadanlıqlar, birdəfəlik tibbi geyimlər və dezinfeksiyaedicilər təhvil verilib.

“Stepanakert Uşaq Xəstəxanasında həmin tibb müəssisəsi üçün çox zəruri olan ixtisaslaşmış tibbi avadanlıqlar təhvil verilərək humanitar-tibbi aksiya keçirildi”- deyə Humanitar Yardım Mərkəzi zabiti Ruslan İvanov bildirb.

Uşaq xəstəxanasının baş həkimi Karen Melkumyan bu çətin dövrdə uşaqlara kömək etdikləri üçün Rusiya sülhməramlı qüvvələrinə təşəkkürünü bildirib.

“Müharibədən sonrakı dövrdə xalqımızın həqiqətən belə humanitar aksiyaya ehtiyacı var”- deyə baş kəkim qeyd edib.

Rusiya sülhməramlıları artıq səhiyyə müəssisələri üçün xüsusi tibbi avadanlıqlar daxil olmaqla Artsax xalqına 160 tondan çox humanitar yardım çatdırıblar.

Daha çox göstər
Back to top button