15 əsirin Azərbaycandan qayıtması bir hadisə deyil, bir prosesdir. Yeni bir proses başladı, nəticədə bütün qardaşlarımız geri dönəcəkdir.. Bunu ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.
“15 əsirimizin qaytarılması bir hadisə deyil, bir prosesdir və deyə bilərəm ki, yeni bir proses başladı, nəticədə bütün qardaşlarımız geri dönəcəkdir. Ancaq yenə də demək istəyirəm ki, bunu birlikdə edəcəyik”,-deyə paşinyan əlavə edib ki, 20 iyunda keçiriləcək parlament seçkiləri bu baxımdan çox vacibdir.
Paşinyan, Ermənistanın Azərbaycana mina xəritələrini təqdim etməsinə toxunaraq, deyib ki, “xəritəni əsirlər ilə mübadilə etmədik, addıma addımla cavab verdik, konstruktiv addımla konstruktiv cavab verdik”.
“ABŞ Dövlət Katibinin müavini “Onlar bir addım atsalar, addım atmağa hazırsınızmı?” sordu, “Bəli, hazırıq” dedim. “Hansı addımı atmağa hazırsınız?” Bəzi xəritələrimizi verəcəyimizi dedim”.
Paşinyan qeyd etdi ki, Ermənistan bu prosesi davam etdirməyə hazırdır, çünki Azərbaycanda erməni əsirləri var, erməni tərəfinin isə minalanmış ərazilərin xəritələri var. “Yeri gəlmişkən, dekabr ayında konstruktiv bir atmosfer yaratmaq üçün həmin xəritələrin bir neçəsini verdik”,-deyə Paşinyan əlavə etdi ki, Azərbaycan erməni əsirlərin geri qaytarılmasını dayandıranda erməni tərəfi xəritələr verməyi dayandırdı.