
Gorisdən Vorotan və Şurnux yolunda, Kapandan Çakatenə, Şikahoğ, Sraşen və bir çox digər yaşayış yerləri arasında azərbaycanın silahlı əskərləri mövcuddur.Üstəlik,onlar silahı açıq şəkildə sanki nümayiş etdirir.
ER İHM Arman Tatoyan Sünik bölgəsinin adı çəkilən icmaları arasındakı yollarda Azərbaycan silahlı əsgərlərinin yerləşdirilməsi üçün Azərbaycan bayraqlarının və işarələrinin bəhanə edildiyi barədə həyəcan siqnallarının alındığını bildirdi. Bu davranış nəticəsində insanların bütün sərbəst hərəkəti pozulub..
Ermənistan Respublikasının İnsan hüquqları müdafiəçisi bir daha qeyd edib ki,Ermənistan Respublikasının Sünik bölgəsindəki icmalar arasındakı yollarda azərbaycanlı silahlı əsgərlərin olması, qeyd edilənicmalar sakinlərinin Avropanın İnsan haqları konvesiyasının 2-c maddəsiylə təsbit olunmuş həyat hüquqlarının pozuntusudur.
ATƏT-in tələbləri ilə zəmanət verilən əhalinin təhlükəsiz və dinc həyatını pozmaqla yanaşı, onların mövcudluğu, Avropa Konvensiyasına 4 saylı Protokolun 2-ci maddəsi ilə zəmanət verilmiş şəxslərin sərbəst hərəkət etmə hüquqlarının davamlı şəkildə pozulmasıdır.
Qanuni rəsmi sənədlərə sahib olan şəxslərə məxsus evlərdə və ya torpaqlarda (məsələn, Vorotan, Şurnux və s.) Azərbaycan ordusunun olması səbəbindən Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində zəmanət verilən mülkiyyət hüququ da pozulur.