Tağavard və Karmir Şuka (Qırmızı bazar) kəndlərinə su təchizatını bərpa etmək üçün işlər aparılır. Bunu Artsaxın Martuni regional administrasiyasının rəhbəri Edik Hovannisyan bəyan edib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, ən yaxın su kəməri təmas xəttinin yaxınlığında yerləşdiyin səbəbindən yerli sakinlər işdə təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı qüvvələrinin Humanitar Yardım Mərkəzinə müraciət ediblər.
Su təminatının bərpa olunduğu ərazidə əvvəllər rusiyalı istehkamçılar axtarış işləri aparıblar. 20 kilometrlik boru kəməri təmir edildikdən sonra Tağavard və Karmir Şuka kəndlərinin 2500-dən çox sakini içməli su ilə təmin ediləcəkdir.