
Artsax Respublikası İnsan Hüquqları Müdafiəçisi Geğam Stepanyan, 1992-ci ildə Azərbaycan qoşunları tərəfindən ermənilərin Artsaxın Şahumyan rayonundan çıxarılmasının əsl etnik təmizlənmə nümunəsi olduğunu vurğulayan bəyanat yayıb. Artsax İnsan hüquqları müdafiəçisinin bəyanatını qismən təqdim edirik:
“1992-ci ilin yayında Azərbaycan qoşunlarının hücumları nəticəsində Dağlıq Qarabağ Respublikasının Şahumyan rayonunun 20 mindən atıq erməni sakinləri məcburən öz yaşayş yerlərini tərk etdi, Onlar hər şey itirməklə yoxsulluqla, işsizliklə, inteqrasiya ilə bağlı çoxsaylı problemlərlə və öz hüquqlarınınümumyayılmış pozuntularıyla üzləşməli oldu.
Şahumyan rayonunun ermənilərinə qarşı həyata keçirilən əməliyyatlar etnik təmizləmələrin real nümunəsidir ki,onun üçün Azərbaycan hakimiyyətləri hər hansısa məsuliyyətə cəlb olunmayıb.
“Əgər Qarabağda 1992-ci ilin oktyabrına qədər bir erməni qalarsa, Azərbaycan xalqı məni Bakının mərkəzi meydanında asa bilər”- deyə Azərbaycan lideri öz xalqına vəd edib. sözünü verdi.
Erməni əhalinin milliyəti, dini və etnik mənsubiyyətə görə bölgədən çıxarılması beynəlxalq ictimaiyyət tərəfindən dəqiq qiymətləndirilmədi və pozulmuş hüquqların bərpası məsələsi açıq şəkildə gündəmə gətirilmədi.
Evlərini itirənlərin bir çoxu beynəlxalq ictimaiyyətdən dəstək almadıqları üçün əlaqədar beynəlxalq təşkilatlar tərəfindən qaçqın və ya həssas olaraq tanınmadılar. Halbuki, azərbaycanlı qaçqınlarına beynəlxalq miqyasda böyük dəstək verilərkən, ermənilər bundan məhrum oldular.
Bu gün də, 2020-ci ilin payızında, Artsaxda Azərbaycanın Artsax xalqına təcavüzü səbəbiylə 40.000 insanın evsiz qaldığı bir vaxtda Artsax, bu insanların ehtiyaclarını ödəmək və şərait yaratmaq üçün beynəlxalq birliyin dəstəyinə ehtiyac duyur. Beynəlxalq təşkilatlar Artsaxın beynəlxalq hüquqi statusuna biganədirlər.
Bu, insan haqlarının qorunmasının universallığı prinsipinə görə deyil, məzəmmətedici laqeydlikdir.
Beynəlxalq ictimaiyyət açıq bir mövqe nümayiş etdirməlidir: Artsax xalqına qarşı cinayətlərə hüquqi və siyasi qiymətləndirmə aparmaq, sosial-iqtisadi təzminatlar üzərində daha çox iş görmək üçün addımlar atmalıdır”.