
Ermənistandakı seçkiqabağı proses hazırda normal davam edir. MDB müşahidə missiyasının rəhbəri İlhom Nemətov bu gün jurnalistlərlə keçirdiyi brifinqdə bəyan edib ki, MDB müşahidəçilərinə bu dəqiqə heç bir şikayət daxil olmayıb.
“Müşahidəçilərimiz siyasi qüvvələrin qərargahında olan məlumatları müzakirə etdilər. Hazırda elə bir məlumat yoxdur”,-o dedi.
Nemətov bildirib ki, seçki günü iyunun 20-də MDB müşahidəçiləri saat 08: 00-dan etibarən seçki məntəqələrində çalışacaqlar. Müşahidə qrupunun üzvlərinin çoxu seçki günü Yerevanda işləyəcək, qalanları bölgələrə gedəcək.
Xatırladaq ki, Ermənistanda fövqəladə parlament seçkiləri iyunun 20-də keçiriləcək. Onlarda 21 partiya və 4 blok iştirak edir.