BaşlıcaSiyasət

Hayk Çobanyan Dmitri Rogozin ilə kosmik inkişaf çərçivəsində əməkdaşlığı müzakirə edir

Ermənistanın yüksək texnoloji sənaye naziri vəzifəsini icra edən Hayk Çobanyan Sankt-Peterburqda “Kosmik sahənin tədqiqatları” adlı GLEX-2021 beynəlxalq konfransı çərçivəsində “Roskosmos” Dövlət Korporasiyasının baş direktoru Dmitri Rogozin ilə görüşüb.

Bu barədə məlumatı Ermənistanın Yüksək Tenxoloji Sənayesi Nazirliyi yayıb. Tərəflər görüş ərzində Ermənistanda kosmik inkişaf çərçivəsində mümkün əməkdaşlıqla bağlı məsələlər müzakirə ediblər.

Hayk Çobanyan, Ermənistan Respublikasında kosmik xidmətlərin, texnologiyaların inkişafı və bu çərçivədə əməkdaşlığın vacibliyini xxüsusi şəkilə vurğulayıb. Tərəflər Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası sazişin imzalanması prosesi, birgə proqramların həyata keçirilməsi, kosmik fəaliyyətin inkişafı kontekstində Rusiya şirkətlərinin Ermənistanda inkişafı və bir çox digər məsələlərə toxunublar.

Görüşdə Hayk Çobanyan Dmitri Rogozini 2022-ci ilin sentyabr 5-10-da Ermənistanda keçiriləcək Elm və sənətin “STARMUS” (Sats and Music) beynəlxalq festivaklında iştirak etməyə dəvət edib.

Daha çox göstər
Back to top button