BaşlıcaSiyasət

Paşinyan: “ABŞ Prezidentinin Erməni Soyqırımını tanıması, Qarabağ müharibəsinə olan cavab olub”

Türkiyənin Ermənistana qarşı siyasəti son 150 ildə dəyişməyib, təcavüzkar və soyqırımlı olaraq davam etməkdədir.

Bu haqda Syünik vilayətinin Kapan şəhərində “Mülki müqavilə” partiyasının lideri Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan partiyanın təhliledici  toplanışında Azərbaycan və Türkiyə  tərəfindən səsləndirilən aqressiv və  dezkonstruktiv bəyanatlarına toxunmaqla qeyd edib.

“Bir çox əfsanələr  söylənilir, yəni necə oldu ki, ABŞ Prezidenti Erməni Soyqırımını tanıdı.  Bu, ABŞ-ın 44 günlük müharibəyə birbaşa cavabı idi. Çünki biz daima unuduruq ki, biz yalnız Azərbaycana qarşı döyüşməmişik.Biz türk-azərbaycan-pakistan ittifaqına qarşı döyüşmüşük.

Lakin eləcə də sizə demək istəyirəm ki,biz Azərbaycandan gələn aqressiv siyasətinə  gərək beynəlxalq təsiredici alətlərlə əks təsir göstərək. Həmin müddətdə ciddi şəkildə silahlı qüvvələrimizi   reformlaşdırmaqla, Rusiya Federasiyası ilə strateji əlaqələrimizi dərinləşdirməklə, ABŞ ilə strateji dialoqu davam etdirməklə, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakını təmin etməklə etməliyik” – deyərək Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button