Siyasət

ER XİN-i, Şuşidə Türkiyə və Azərbaycan prezidentləri tərəfindən imzalanmış bəyannaməni qınadı

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyə və Azərbaycan prezidentlərinin imzaladığı bəyannamə ilə bağlı bəyanat yaydı.

Bəyanatda qeyd olunur ki, Azərbaycan və Türkiyə prezidentlərinin Artsax Respublikasının hazırda işğal olunmuş Şuşi şəhərinə səfəri regionda sülh və təhlükəsizliyə qarşı açıq təxribatdır.

Vurğulanır ki, Şuşidə Türkiyə və Azərbaycan prezidentlərinin imzaladığı bəyannamə və Türkiyə prezidentinin Azərbaycan parlamentindəki çıxışı eyni dərəcədə təxribat xarakterlidir. Türkiyə-Azərbaycan bəyannaməsinin ayrıca bir bənddə sənədin üçüncü tərəfə qarşı yönəlmədiyi qeyd olunsa də, bunun bütün məzmunu erməni xalqını hədəf alır.

“Bəyannamədə əksini tapan “Zangezur dəhlizi” ifadəsi sübut edir ki, Artsax xalqına qarşı törədilən birgə təcavüzün və kütləvi cinayətlərin cəzasızlıqğından ilhamlanan Türkiyə və Azərbaycan Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı ictimai razılaşmalar əldə etdilər. İki dövlətin Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınmasına qarşı mübarizə barədə razılaşması eyni dərəcədə narahatedicidır. Yuxarıda göstərilən razılaşma beynəlxalq hüququn əsas normalarına tamamilə ziddir”.

XİN bəyanatında qeyd olunur ki, ermənilərə qarşı nifrətlə dolğun bu kontekstdə Türkiyə prezidentinin Azərbaycan parlamentində regional əməkdaşlıq üçün bir platforma yaratmaq barədə səsləndirdiyi təkliflər ikiüzlü və yanıltıcıdır.

“Türkiyə və Azərbaycanın prezidentlərinin ictimai razılaşmaları sadəcə bölgədəki erməni xalqına qarşı soyqırımı təhdidlərini deyil, həm də beynəlxalq, regional sülh və təhlükəsizliklə maraqlanan bütün ölkələr üçün ciddi bir çağırışı ehtiva edir.

Şuşidə Türkiyə-Azərbaycanın müxtəlif qondarma təşəbbüslərinin erməni mədəniyyət mərkəzini Artsaxdan və erməni xalqdan uzaqlaşdıra bilmədiyi kimi, Artsax xalqına qarşı təcavüz və güc tətbiqi nəticəsində əldə olunan vəziyyət daimi sülh üçün əsas ola bilməzz”,- deyə məlumatda bildirilib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button