BaşlıcaSiyasət

Lavrov və ATƏT baş katibi, Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Helga Şmidt Moskvada Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Bu haqda Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Zaxarova ATƏT-in baş katibi Helga Şmidtin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmək üçün iyunun 21-də Moskvaya səfər edəcəyini bildirib. Şmidt Moskvada keçiriləcək 9-cu Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcəkdir.

Zaxarovanın sözlərinə görə, Lavrov-Şmidt danışıqlarının gündəliyinə ATƏT-in üç təhlükəsizlik sahəsində: hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları sahəsində davamlı geniş məsələlər daxildir. O əlavə edib ki, tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti  həmçinin müzakirə edəcəklər.

Daha çox göstər
Back to top button