
Rusiya prezidentinin spikeri Dmitri Peskov bildirib ki, Moskva Ermənistandakı parlament seçkilərinin uğurlu olmasını istəyir. Məlumatı RİA Novosti bildirir.
“Sual ən azından qəribədir. Şübhəsiz ki, yaxın müttəfiqimizə və ortağımıza uğurlu seçki diləyirik”-deyə o Kremlin bu seçkilərdən gözləntilərinə dair suala cavab olaraq qeyd edib.
Ermənistanda fövqəladə seçkilər 20 iyunda keçiriləcək, 21 partiya və dörd blok iştirak edəcək.