
Hərbi əsirlər və saxlanılan şəxslər məsələsi Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının icrası kontekstində aktual olaraq qalır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
“12 iyunda Azərbaycan tərəfindən 15 Ermənistan vətəndaşının Yerevana qaytarılmasını alqışlayırıq. Problemin “hamıya hamı” prinsipiylə və heç bir ilkin şərt qoyulmadan həll olunmasının tərəfdarıyıq.
Bununla yanaşı, biz digər humanitar problemlərin də həllini vacib hesab edirik. Xüsusi ilə də ərazilərin minalardan təmizlənməsini və minalanmış ərazilərin xəritələrinin verilməsini… Bizim bu istiqamətdə səylərimizdən sizin xəbəriniz var!” – deyə Rusiya XİN rəsmisi vurğulayıb.