BaşlıcaSiyasət

Zaxarova sərhəd vəziyyətindən danışıb

Rusiya problemin uzunmüddətli və dayanıqlı həlli kimi tezliklə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürür. Bu barədə Rusiyanın XİN nümayəndəsi Mariya Zaxarova bildirdi.

“Rusiya vəziyyətin de-eskalasiyasına yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirir. Xarici İşlər və Müdafiə nazirlikləri, Sərhəd Xidməti xətti ilə Bakı və İrəvanla sıx koordinasiya qurulub. Ümumilikdə son həftələrdə gərginliyin azalmasına nail olunub. Sərhədyanı mübahisə ilə bağlı müvafiq məsləhətləşmələr davam etdiriləcək.

Problemin uzunmüddətli və dayanıqlı həlli kimi tezliklə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürük. Bu prosesi fəal şəkildə dəstəkləməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Daha çox göstər
Back to top button