
Ermənistan Azərbaycanın əsirlikdə olan erməni əsirləri əsassız ittihamlarla mühakimə etməsini qətiyyətlə pisləyir. Bu haqda ER XİN yaydığı məlumatda qeyd olunur
“Biz Azərbaycan tərəfindən erməni hərbi əsirləri və oğurlanmış mülki şəxslərə qarşı əsassız ittihamlarla mühakimə olunmasını qətiyyətləməhkum edirik.
Beynəlxalq qanuna görə hərbi əsirlər döyüş əməliyyatlarına qatıldığı üçün məsuliyyətə cəlb oluna bilməzlər. Eyni zamanda, Azərbaycanda ermənilərə qarşı həddindən artıq nifrət siyasəti və dövlətin dəstəklədiyi irqçi siyasət səbəbiylə davam edən məhkəmə proseslərinin ədalətli və şəffaf ola bilməyəcəyi aydındır.
Yuxarıda göstərilənlərə əlavə olaraq, mülki şəxslərin girov götürülməsi və qaçırılması bir çox beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.
Azərbaycan tərəfindən erməni hərbi əsirləri və girov götürülən vətəndaşların sayları və saxlanılan yerlərinin gizlədilməsi həmçinin insanlığa qarşı müharibə cinayətlərinin ciddi isbatıdır.
Yuxarıda göstərilənlərə əsasən, Bakı məhkəməsinin 14-də Ermənistan və Livan vətəndaşı Vigen Eolçekceyana 20 il həbs cəzası verməsi barədə çıxardığı qanunsuz qərarı qətiyyətlə pisləyirik.
Sonuncu 2020-ci ilin noyabrında Azərbaycan silahlı qüvvələri tərəfindən qaçırılıb. 9 Noyabr tarixli Hadrut rayonunun Xtsaberd kəndlərində Azərbaycan tərəfindən həyata keçirilmiş hərbi əməliyyat nəticəsində əsir götürülən hərbiçilərə qarşı cinayət işi açılması təzyiq və işgəncələr nəticəsində güya “ etirafedici izahatlar üzərində” baş tutub.
Beynəlxalq tərəfdaşlarımızı və insan haqları təşkilatlarımızı Azərbaycanın beynəlxalq hüquq normalarını ciddi şəkildə pozmasını kəskin şəkildə qınamağa, uydurma cinayət işlərinin dayandırılmasını və erməni hərbi əsirlərin dərhal vətənə qaytarılmasını tələb edirik”.