
“Mülki Müqavilə” partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq və hökumət quracaq.
Bunu “Mülki Müqavilə” partiyasının sədri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan facebookda yazıb.
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) 2 008 seçki məntəqəsinin nəticələrini təqdim etdi:
“Mülki Müqavilə” partiyası 53.92%, “Ermənistan” bloku 21.04%, “Şərəfim var” bloku 5.23%, “Çiçəklənən Ermənistan” partiyası 3.96%, “Respublika” partiyası 3.04% səs toplayıb.
Seçkilərdə 1 milyon 281 min 174 (49.4%) seçici iştirak edib.