BaşlıcaSiyasət

Seçkilər bütün demokrat standartlara uyğun keçirildi: MDB müşahidə missiyası

Ermənistandakı parlament seçkiləri respublika qanunvericiliyinə uyğun olaraq keçirildi. Bunu MDB müşahidə missiyasının rəhbəri İlhom Nemətov bildirib.

Ermənistanda növbədənkənar parlament seçkiləri ER Konstitusiyası və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşkil edildi və keçirildi. Seçkilər çoxpartiyalı sistem əsasında aparıldı, açıq və şəffaf keçirildi. Seçkilər bütün demokrat standartlara uyğun keçirildi”.-o qeyd etdi.

MDB müşahidəçiləri Ermənistandakı parlament seçkiləri zamanı nəticələrə təsir edə biləcək pozuntular qeydə almadılar.

Xatırladaq ki, 20 iyunda Ermənistandakı 2008 seçki məntəqələrində səsvermə keçirildi. Parlament seçkilərində 21 partiya və 4 blok iştirak edirdi.

Daha çox göstər
Back to top button