Başlıcaİctimaiyyət

Beynəlxalq müşahidəçilər seçki prosesini və səslərin sayılmasını yüksək qiymətləndirdilər

Beynəlxalq müşahidə missiyasına görə, Ermənistandakı nnövbədənkənar parlament seçkiləri qısa müddətdə rəqabətli və yaxşı təşkil olunmuşdu. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələri mətbuat konfransında bildiriblər.

ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Kari Henriksen qeyd etdi ki, ümumi nəticə odur ki, 2021-ci ilin iyunun 20-də keçirilən parlament seçkiləri qısa müddətdə rəqabətçi və yaxşı təşkil edildi.

“Missiyamızın böyük əksəriyyəti, səslərin sayılması da daxil olmaqla, seçki günü ümumiyyətlə müsbət qiymətləndirir”,- deyə Henriksen bildirdi.

Seçki günü ümumilikdə dinc keçdi, müşahidəçilərin böyük əksəriyyəti ziyarət edilən seçki məntəqələrində səsvermə prosesini müsbət qiymətləndirdi.

Daha çox göstər
Back to top button