BaşlıcaSiyasət

İki atla yarış: “Beynəlxalq mətbuatın Ermənistan seçkilərinə reaksiyası”

Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərində qalib gəldiyini elan etdi və ilkin nəticələrə görə “Mülki müqavilə” partiyası  səslərin 58 faizini qazandığını əlavə etdi.

Bu arada onun əsas rəqibi keçmiş prezident Robert Koçaryan seçkilərin saxtalaşdırıldığını iddia edir.

BBC xatırladır ki, Robert Koçaryan  Rusiyanın Prezidenti Vladimir Putinin  dostu və müttəfiqidir.Özü də əvvəllər prezidentlik seçkilərini saxtalaşdırmaqda  günahlandırılıb,ona 2008-ci il martın 1-I hadisələri ardıcıllıq edib.

Reuters, Artsax müharibəsindəki məğlubiyyətdən sonra keçirilən növbədənlənar parlament seçkilərinin Ermənistandakı siyasi böhrana son qoymağı hədəflədiyini xatırladır. Agentlik, küçə mübarizəsi nəticəsində hakimiyyətə gələn Paşinyanın Kremllə daha soyuq münasibətlərə sahib olduğuna diqqət çəkdi.

O, xatırladıb ki,Koçaryan 1998-2008-ci illərdə Ermənistana rəhbərlik etdiyini   və 2008-ci ildə mübahisəli seçkilərdən sonra fövqalədə  vəziyyət elan etdi.

Mübahisəli seçkidən sonra fövqəladə vəziyyət elan edildi və ardından polislə nümayişçilər arasında çıxan qarşıdurmada 10 nəfər öldürüldü.

Deutsche Welle qeyd edib ki, seçkilərdə 26 siyasi qüvvələr irəli sürüldüyünə baxmayaraq,

mübarizənin iki güc arasında olduğunu bildirir. Jurnala görə, 2018-ci ildə hakimiyyətə gələn 46 yaşlı islahatçı Nikol Paşinyan, Azərbaycanla imzalanan atəşkəs razılaşmasından sonra bir çox erməni arasında populyarlığını itirdi.

Halbuki digər namizəd Robert Koçaryan, Rusiya Prezidenti Vladimir Putinlə sıx əlaqədədir və indi hakimiyyəti dövründə korrupsiya qalmaqalları ilə qarşılaşır.

 Britaniyanın  The Guardian seçki kampaniyasının əslində iki at yarışına bənzədiyini bildirir. Qəzet, ritorik ifadəsi ilə diqqət çəkən kampaniya zamanı Paşinyan partiyasının yüzdə 60 səsə ehtiyac duyduğunu ifadə etdi.

 Koçaryan əvvəllər seçkini diqqətlə seçdiyi müttəfiqinin lehinə saxtalaşdırmaqda günahlandırılmışdı. Etirazçıların dağıdılması insan itkisi ilə nəticələndi. Qəzet qeyd edir ki, 2018-ci ildə Ermənistan ilk azad və ədalətli seçkilərinin keçirilməsinə görə beynəlxalq təriflərə layiq görüldü.

Daha çox göstər
Back to top button