İyunun 21-də Ermənistan Respublikasının Müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Rusiya müdafiə naziri Sergey Şoyqu Vağarşak Harutyunyanı ER-da keçirilmiş seçkilər münasibətilə təbrik edib.
Vağarşak Harutyunyan və Sergey Şoyqu telefon danışığı zamanı Syunik və Geğarkunikdəki vəziyyəti və məsələnin həll yollarını müzakirə ediblər.
Rusiya və Ermənistanın Müdafiə nazirləri müdafiə sahəsindəki əməkdaşlığın dinamikasının inkişafından məmnun olduqlarını da qeyd ediblər.
Telefon danışığı zamanı regional məsələlərə də toxunulub.