BaşlıcaSiyasət

Aİ sözçüsü ER-da keçirilmiş növbədənkənar seçkilər haqqında

Avropa İttifaqı, Ermənistandakı bütün siyasi qüvvələri Ermənistanın üzləşdiyi problemlərin səmərəli həlli üçün səylərini birləşdirməyə çağırır. Bu barədə Aİ sözçüsü adından Ermənistandakı fövqəladə seçkilərlə bağlı yayılan açıqlamada deyilir.

Açıqlamada qeyd olunur ki, Avropa ittifaqı Ermənistan üçün sabit, demokratik və firavan bir gələcək qurmaq ideasına sadiqdir.

“Ermənistanın yeni seçilmiş parlamenti və hökuməti də daxil olmaqla bütün qurumlarla sıx əməkdaşlıq edəcəyimizi gözləyirik. Bütün siyasi qüvvələri Ermənistanın qarşısında duran çətinliklərin səmərəli şəkildə aradan qaldırılması üçün səylərini birləşdirməyə çağırırıq. Avropa İttifaqı Aİ-Ermənistan ikitərəfli münasibətlərini daha da gücləndirməyə hazırdır”.

Qeyd olunur ki, seçkiləri müşahidə missiyasının ilkin qiymətləndirməsinə görə, seçicilərin geniş seçimi var idi və əsas hüquq və azadlıqlara ümumiyyətlə hörmət edildi. İştirakçılar sərbəst təbliğat apara bildilər. Səslərin sayılması prosesi də müsbət qiymətləndirilib.

Daha çox göstər
Back to top button