AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin 22 iyun iclasının gündəliyinə 44 günlük müharibənin humanitar nəticələrinin müzakirə edilməsi məsələsi daxil edildi. ER parlamentinin deputatı, ER-nın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tatevik Hayrapetyan öz çıxışında İlham Əliyev tərəfindən təbliğ olunan nifrət nitqinə diqqət yetirməyə çağırıb.
“Erməni hərbi əsirlərlə “ticarət” edilə bilməz. Onları azad etmək əvəzinə, Azərbaycan bu insanlara qarşı saxta cinayət işləri açır. Erməni əsirləri dərhal geri qaytarılmalıdır. Azərbaycanın qaldırdığı mina xəritələri məsələsinə gəlincə, Ermənistan tərəfi dəfələrlə humanitar məsələlərdə əməkdaşlığa hazır olduğunu bəyan edib”,-deyə deputat vurğuladı.
Tatevik Hayrapetyan Azərbaycanın Türkiyənin dəstəyi ilə Artsaxın mülki əhalisinə hücum etdiyini qeyd etdi. Azərbaycan da bunu açıq şəkildə qəbul edir. Azərbaycan lillər boyunca kopmpromis həllini rədd etdi və bölgədə yeni bir müharibəyə, insani bir fəlakətə səbəb oldu.