Fransa, ER-nın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir: XİN
Fransa 20 iyunda Ermənistanda parlament seçkilərinin keçirilməsini alqışlayır. “Armenpress” in verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, fəaliyyətdə olan Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə “partiyası seçkilərdə böyük üstünlüklə liderdir. Fransa ATƏT/DTİHB müşahidə missiyasının səsvermənin qənaətbəxş səviyyədə olması barədə ilkin nəticəsini nəzərə alır. Fransa ümid edir ki, bu seçkilər Ermənistanın üzləşdiyi bir çox problemin qarşısını almağa imkan verəcək. O, bu işdə Ermənistanı dəstəkləmək əzmini, habelə Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və demokratik təsisatların gücləndirilməsini dəstəkləməsini bir daha təsdiqləyir”- deyə bəyanatda deyilir.