BaşlıcaSiyasət

Geğarkunikdə Rusiya sülhməramlıları yerləşdiriləcək: Baş qərargah rəisi

Geğarkunikdə Rusiya sülhməramlıları yerləşdiriləcək. Proseslər davam edir. Bu barədə ER Baş qərargah rəisi Artak Davtyan bildirdi.

“Son qərar yalnız tərəfimizin arzusu deyil, danışıqlar aparılır, digər tərəf də iştirak edir”,- deyə Davtyan qeyd etdi.
O bildirdi ki, danışıqlar Rusiya tərəfi ilə aparılır.

“Ərazimizdə Azərbaycandan soruşacaq bir şeyimiz yoxdur. Məqsədimiz ərazimizdəki Azərbaycan bölmələrini qarşıdurmadan çıxartmaqdır”,- o deyib.

Geğarkunikdə bəzi güzəştlər barədə suala cavab olaraq A. Davtyan qeyd etdi ki, heç bir güzəşt olmayacaq. Azərbaycan silahlı qüvvələrinin geri çəkilməsi məsələsi danışıqlar yolu ilə həll olunmasa, müvafiq hərəkətlərlə həll ediləcək.

Daha çox göstər
Back to top button