
Ermənistanda iyunun 20-də keçirilmiş parlament seçkiləri beynəlxalq mətbuatın da diqqətindən yayınmadı.
BBC-yə görə, hakim siyasi qüvvə gözlənilmədən yüksək etimad qazandı, “Kommersant”-ın təhlilinə görə isə, seçkilər ictimai barışığın əsas məsələsini həll etmədi.
Paşinyanın gözlənilməz qələbəsi: BBC-nin rusca xidməti Ermənistandakı seçkiləri belə bir başlıq ilə təqdim etdi. Seçkilərin ilkin nəticələrini təqdim edən KİV, hakim partiyanın aldığı səslərin sayını gözlənilmədən yüksək olduğunu qiymətləndirərək, hazırkı Baş nazirin reytinqinin müharibədən sonra xeyli sarsıldığını xatırladıb.
Məqalə müəllifi, eyni zamanda, hökumətə verilən səsin iki keçmiş prezidentin rəhbərlik etdiyi müxalifət qüvvələrinə etiraz səsi olduğunu bildirdi. Müəllifə görə, seçkilər insanların əvvəlki rejimin qayıtmasına qarşı olduqlarını açıq şəkildə göstərdi.
Yerevan ikisinə də dözə bilməyəcək. Rusiyanın “Kommersant” qəzeti yazır ki, parlament seçkiləri nəhayət cəmiyyəti barrikadaların iki hissəsinə böldü. Məqaləyə görə, 20 iyun növbədənkənar seçkiləri, iki aparıcı siyasi qüvvənin qarşıdurması səbəbindən, Ermənistanın müstəqillik tarixindəki ən qalmaqallı seçkiləri idi.
Euronews isə seçkilərin nəticələrini təqdim etdi.
Moskvanın seçki nəticələrini tanımamaq haqqı yoxdur: İnterfax agentliyinə müsahibədə Rusiya Dumasının MDB İşləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib ki, Paşinyanın qələbəsi Ermənistan-Rusiya münasibətlərinə minimal təsir göstərəcək.
O həmçinin qeyd edib ki, Koçaryanın bloku parlament çoxluğunu qazansaydı, bu, Ermənistan-Rusiya münasibətlərində əlavə turbulentlik yaradardı.