
Erməni əsirlərinin Azərbaycana qaytarılması məsələsi hər zaman Rusiyanın diqqət mərkəzində olub. Bu haqda Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopirkin jurnalistlərlə iyunun 22-də Zəfər Parkında görüşərkən qeyd edib.
“Rusiya başlanığıcdan əsirlərin qayıtması və bu prosessin irəliyə getməsi üçün mümkün olan hər şeyi edibdir. Proses bu istiqamətdə irəliləyir. Burada sülhməramlı qüvvələrin komandiri general Muradovun rolu böyükdür.
Rusiya Prezidenti, Müdafiə naziri və Xarici işlər naziri də bu mövzu ilə maraqlanır. Ancaq bu o qədər də asan deyil, bu problemin həlli böyük səy tələb edir” – deyərək diplomat qeyd edib.
Səfir Kopirkin, Ermənistandakı son siyasi prosesin, yəni növbədənkənar parlament seçkilərinin sona çatmasının əsirlərin geri qayıtmasına səbəb olub olmadığını söyləməkdə çətinlik çəkir, lakin hər halda məsələnin Rusiyanın daim diqqət mərkəzində olduğunu bir daha vurğuladı. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Keçən həftə ABŞ və Gürcüstan rəhbərliyinin vasitəçiliyi ilə 15 erməni əsirlərinin geri qaytarılmasına toxunan Rusiya səfiri, Moskvanın bu hərəkəti alqışladığını və onun fikrincə, mübadilənin Rusiya tərəfinin sülhməramlılarının hiss ediləcək müdaxiləsi olmadan baş tutmayacağını əlavə etdi.