
Rusiyanın fikri odur ki, Dağlıq Qarabağ məsələsi ilə məşğul olan ATƏT Minsk qrupunun həmsədrləri formatı fəaliyyətini dayandırmayıb və fəaliyyət göstərməyə davam edir. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirdi.
“Bizim mpvqeyimiz odur ki, həmsədrlərin formatı fəaliyyət göstərməyə davam edir, , həmsədrlərin formatının gündəmində olan məsələlər var. Hesab edirəm ki, çox şey tərəflərin mövqelərindən asılı olacaq”,- deyə Kopirkin qeyd etdi.
Rusiya səfirinin sözlərinə görə, Minsk qrupu həmsədrlərinin gözlənilən regional səfəri gündəmdədir, lakin nə vaxt baş tutacağı barədə dəqiq məlumat yoxdur.