BaşlıcaSiyasət

Naira Zohrabyan Avropanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmağa çağırır

AŞ PA sessiyasında, Ermənistan parlamentinin deputatı və Avropa Şurası Parlament Assambleyasının Ermənistan nümayəndə heyətinin üzvü Naira Zohrabyan yenidən erməni əsirləri məsələsinə toxundu və Avropa Şurasını konkret addımlar atmağa çağırdı.

Zohrabyan Avropa Şurasını Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmağa və Əliyevlər ailəsinin və ölkənin siyasi elitasının Avropa bank hesablarına həbs qoymağa çağırdı. Eyni zamanda Erməni əsirləri probleminin yalnız sərt sanksiyalarla həll edilə biləcəyini vurğuladı.

“Xüsusilə  bu gün nifrətin və dözümsüzlüyün Avropada ciddi bir problemə çevrildiyi bir dövrdə – siyasətçilərin siyasi mədəniyyəti populizmdən, yalanlardan, manipulyasiyalardan və siyasi müxaliflərlə mübarizə üçün qəbuledilməz vasitələrdən uzaq tutmaq üçün böyük bir məsuliyyəti var, bu günkü müzakirəmiz çox aktualdır.

Haçan ki, Azərbaycan prezidenti erməniləri yalançı adlandıraraq deyir ki, Artsax  30 ildir canavarlar, vəhşi heyvanlar və çaqqalların əlindədir, haçan ki,  elan edir ki, erməniləri Artsaxdan iti qovan kimi qovacaqdır haçan ki,Bakının təhqiredici parkında erməni hərbiçilərini təhqiredici manikenlərdir, bu ölkənin  siyasi elitası nümayəndələri, məktəblilər üçün ekskursiya edir, onları nifttrətçiliklə yemləndirirlər.

Mən qətiliklə inanıram ki, irqçilik və ermənifobiyalıq  düşmənçiliyi ifadə azadlığı kimi qəbul edilə bilməz və bunun qarşısı alınmalıdır” – deyərək  Naira Zohrabyan əlavə edib ki, əgər Avropa qurumu bu ölkəyə qarşı xüsusi sanksiyalar tətbiq etməzsə, o zaman çox sayda erməni anaları öz övladlarını qucaqlamaması qorxusu böyükdür.

“Yenidən soruşuram ki, niyə Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu dayandırmırsınız, niyə beynəlxalq strukturlardan Əliyevlər ailəsinin və qəbiləsinin Avropa bank hesablarına həbs qoymasını tələb etmirsiniz.

 Evə iki həftə əvvəl qayıdan uşaqlarla danışdım. Onlar Bakı həbsxanalarında cəhənnəmi görüblər.Onlar cəhənnəmdə olublarAzərbaycanı çağırışlarla tövsüyyələrlə  çağırışlar etməyin   mənası yoxdur.

Mən  bird aha və hər gün  Azərbaycana qarşı konkret  sanksiyalar tədbiq edilməsini tələb edirəm.Belə ki, əks təqdirdə Azərbaycan  Avropanın və Avropa dəyərlərinin  son qəbirqazanı ola bilər” – deyərək  o, qeyd edib.

Daha çox göstər
Back to top button