“Hayastani hanrapetutyun” gündəliyi yazır: “Azərbaycan mediası Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya vətəndaşı Eduard Dubakovun məhkəməsinə başladığını yazır. Sonuncuya Azərbaycan Cinayət Məcəlləsinin “terrorizm, terrorçuluğun maliyyələşdirilməsi”, “cinayətkar cəmiyyətdə iştirak” və “Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə” maddələri ilə ittiham irəli sürülüb. Bundan əvvəl, Bakı məhkəməsi Artsaxda əsir düşən Livan ermənisi Vigen Eulcekcyanı 20 il həbs cəzasına məhkum etmişdi. Onlardan əlavə Bakı Ağır Cinayətlər Məhkəməsi də ondan çox soydaşımızı mühakimə edir.
Azərbaycanın siyasi problemləri həll etmək üçün bəzi əsir və girovları terrorçu kimi təqdim edəcəyi açıq idi. Keçən il 31 dekabrda Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin müdafiə naziri Hulusi Akarla Bakıda keçirdiyi görüşdə bir çox erməni hərbçilərin “həbs olunduğunu” və “hərbi əsir hesab edilə bilmədiklərini” bildirdi. Bunu etməklə, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyət qarşısında Artsax xalqının öz müqəddəratını təyinetmə hüququ uğrunda qanuni mübarizəni leqallaşdırmamağa, həmçinin öz talelərinə nəzarət etməyə çalışır …”.