Ermənistan oktyabr ayında üçüncü dəfə nüfuzlu beynəlxalq “Düşüncə Zirvəsinə” ev sahibliyi edəcək
Ermənistan oktyabr ayında üçüncü dəfə nüfuzlu beynəlxalq “Düşüncə Zirvəsinə” («Summit of Minds») ev sahibliyi edəcək.
Hər il Fransanın Şamoni şəhərində keçirilən “Düşüncə Zirvəsi” 2019-cu ildən bəri Ermənistanda da keçirilir. Tədbirin təşkili ilə bağlı müstəsna razılaşma 2018-ci ilin sentyabrında, Ermənistan Respublikasının prezidenti Armen Sargsyanın illik “Düşüncə Zirvəsində” əsas məruzəçi kimi iştirak etdiyi zaman əldə edildi.
2021-ci ildə “Düşüncə Zirvəsi” Dilicanda keçiriləcək. Bunu sammitin həmtəşkilatçıları – Ermənistan Respublikasının prezidenti Armen Sargsyan, Ermənistan Mərkəzi Bankının prezidenti Martin Qalstyan və “The Monthly Barometer”-in qurucusu Thierry Malleren sammitin iştirakçıları ilə onlayn görüş zamanı elan etdilər.
Görüşdə bu ilki sammitin əsas mövzuları müzakirə edildi. Bunlar Cənubi Qafqaz bölgəsinin geosiyasəti və texnoloji inkişaf məsələləridir.