
RF Prezidenti Vladimir Putin, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması məsələsində Rusiyanın səylərinin həlledici olduğunu qeyd edib.
“Rusiyanın qətiyyətli səyləriylə Dağlıq Qarabağdakı münaqişə dayandırıldı. Rus sülhməramlıları bölgədəki sülhə və təhlükəsizliyə etibarlı şəkildə zəmanət verir, humanitar vəziyyətin yaxşılaşdırılması, bölgələrin təmizlənməsi və sosial infrastrukturun bərpası naminə çox şey edilir.
Rusiya,heç vaxt o məsuliyyət barədə unutmur, hansını ki, qonşu ölkələrin təhlükəsizliyi və rifahı naminə daşıyır.
Hansıyla ki, bizi ayrılmaz tarixi, mədəniyyət və humanitar əlaqələr birləşdirdirir” – deyərək RF Prezidenti Kremlin saytında dərc olunmuş beynəlxalq təhlükəsizliyə həsr olunan Moskvanın IX konfrans iştirakçılarına və qonaqlara istiqamətlənmiş video mesajında bəyan edib.