BaşlıcaSiyasət

Tarasov: “Azərbaycan və Türkiyə, Ermənistan ərazisindən keçən yol problemini ermənilərin iştirakı olmadan həll edə bilməzlər”

Azərbaycan və Türkiyə, Ermənistan ərazisindən keçən yol problemini ermənilərin iştirakı olmadan həll edə bilməzlər. Rusiyalı politoloq və Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov, Ermənistan NEWS.am saytına verdiyi müsahibədə Türkiyə və Azərbaycan prezidentlərinin “Zəngəzur dəhlizi” ilə bağlı  növbəti açıqlamasını şərh etdi.

 O, xatırlatdı ki, üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” anlamı olmayıb, amma  “kommunikasiyalar” anlamı mövcuddur.

“İkinci məqam bu yolun Ermənistan ərazisindən keçməsidir. Onlar Ermənilərin iştirakı olmadan erməni problemini necə həll edə bilərlər?”-deyərək  ekspert qeyd edib.

Tarasov o faktı diqqətəlayiq hesab etdi  ki, Şuşi bəyənnaməsi  Ermənistanda seçkilərdən öncə imzalandı.

“Bəlkə də bununla onlar  seçkilərin nəticələrinə təsir etmək istəmişlər. Əgər belədirsə,  bu onlara nail olmadı.

Bazalarla bağlı  bəyanatlara gəlincə, bu, məntiqsizdir, bu olmayacaq.

Baza üçüncü bir ölkədən təhlükə yaranarsa yaranır. İndi Azərbaycanı kim təhdid edir? Heç kim. Heç bir motivasiya yoxdur. Buna görə də bu cür açıqlamalar daxili auditoriya üçün nəzərdə tutulub.

Bu mənada Türkiyənin imkanlarıolduqca  şişirdilir və azərbaycanlılar isə  müstəqilliklərini itirmək istəmirlər” – deyərək  ekspert qeyd edib.

Xatırladaq ki, Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Erdoğan və İlham Əliyev mayın 15-də  Şuşi Bəyənnaməsini imzalamışlar.Orada belə adlanan “Zəngəzur dəhlizi” açılışının mühümlüyü qeyd olunub.Erdoğan   Azərbaycanda türk hərbi bazanın yaradılmasını  da istisna etməyib.

Daha çox göstər
Back to top button