Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. AzərTAc-ın verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bu ittihamı BMT-nin Sivilizasiyalar üzrə Ali Komissarı Migel Anxel Moratinos ilə görüşü ərzində səsləndirib.
“Ağdam bölgəsində cəmi 97 min mina yerləşdirilib. Biz Ermənistandan yalnız Ağdam bölgəsi üçün mina xəritəsi almağa müvəffəq olduq, digər bölgələrdə yüz minlərlə mina var.
Ancaq bizə bu xəritələri verməkdən onlar imtina edirlər. Müharibə bitdikdən sonra 30 vətəndaşımız minalar üzərində ölüb və 100-dən çoxu yaralanlbdır” – deyərək Əliyev qeyd edib.
Xatırladaq ki, Azərbaycan əsir götürdüyü yüzlərlə erməniləri, hərbiçiləri və dinc sakinləri geri qaytarmaq istəmir və nəinki sadəcə qaytarmır, eyni zamanda müxtəlif məhkəmə və mühakimələri həyata keçirir, hətta əsirləri və girovları təsir vasitəsi kimi saxlayır.