BaşlıcaSiyasət

Armen Sargsyan SQ HHM və Mühəndis qoşunları rəislərini vəzifələrindən azad edib

Ermənistan Respublikasının prezidenti Armen Sargsyan 2 yeni sərəncam imzalayıb. Sənədlər  prezidentin rəsmi saytında dərc edilib.

“Konstitusiyanın 133-ci maddəsinin 1-ci hissəsini, eləcə də “Hərbi xidmət və hərbçinin statusu barədə” qanununun 40-cı maddəsinin 1-ci hissəsinin 11-ci nöqtəsinə əsasən, Armen Vardanyanı ER Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının rəisindən azad etmək”,- deyə prezidentin sərəncamında deyilir.

Sargsyan daha bir sərəncamla Ermənistan Silahlı Qüvvələri Mühəndis Qoşunlarının rəisi, general-mayor İşxan Matevosyanı vəzifədən azad edib.

Qeyd edək ki, İşxan Matevosyan 2015-ci il, Armen Bardanyan isə 2012-ci ildə bu vəzifəyə təyin olunmuşdular.

Daha çox göstər
Back to top button