BaşlıcaSiyasət

ER Hökuməti Türkiyə istehsalı mallarının idxalına qoyulan qadağanı daha 6 ay uzatdı

ER Hökuməti Türkiyə istehsalı mallarının idxalına qoyulan qadağanı daha 6 ay uzatdı.

ER İqtisadiyyat naziri vəzifəsini icra edən Vahan Kerobyan qeyd etdi ki,Türkiyə istehsalı mallarının Ermənistana idxalının qadağası ilə bağlı qərarı müddəti iyulun 1-də tamamlanacaq.

Kerobyanın sözlərinə görə, Türkiyə mallarının idxalına qoyulan qadağa sadəcə Türkiyəyə qarşı bir iqtisadi sanksiya deyil, bu həmçinin təhlükəsizlik baxımından Türkiyə Dövlət Xəzinəsinin erməni mənbələrindən maliyyələşdirilməsinə son qoyulması deməkdir.

Vahan Kerobyan bildirdi ki, son altı ayda Türkiyədən idxal həcmi 70% azalıb. Hazırda əsasən inşaat materialları, trikotaj, pambıq parçalar, həqiqi dəri idxal olunur.

Daha çox göstər
Back to top button