Başlıcaİctimaiyyət
Ermənistanda koronavirusa qarşı 70 000 nəfər vaksinasiya olunub

Ermənistanda indiyədək koronavirusa qarşı 70 000 nəfər vaksinasiya olunub. Bu barədə ER səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan bildirib.
“Seçkilərdən sonra, bu iki gündə belə, xeyli artım müşahidə edirik”,- deyə o bildirdi.
Anahit Avanesyan vurğuladı ki, Ermənistanda mövcud koronavirus vəziyyəti kifayət qədər sakitdir, ancaq epidemiyaya tam şəkildə son qoymağın yeganə yolu peyvəndlərdir.
“Biz işlər görürük, ümid edirik ki, payızda “Johnson” və ” Novovaktsina” peyvəndləri əldə edəcəyik”,- o qeyd etdi.