Paylan Türkiyədəki 18-ci əsr erməni kilsəsinə ziyan dəydiyi ilə bağlı xəbərdar etdi
Türkiyədə olan tarixi erməni yaşayış yerlərində xəzinə axtaran “ovçular” Kesariyada olan 18-ci əsrin Surb Toros erməni kilsəsinə zərər toxundurmuşlar.
Türkiyə Məclisinin erməni deputatı, kürdpərəst Xalqlar Demokratik partiyasının üzvü Garo Paylan xəbərdarlıq edib.
Türkiyədəki tarixi erməni yaşayış yerlərindəki xəzinə ovçuları, 18-
Paylan, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoya kilsənin içərisində 2 metrlik bir çuxur tapılması ilə bağlı bir sorğu göndərib.
Sorğuda Paylan, qədim erməni kilsəsinin bölgədəki ən əhəmiyyətli tarixi və mədəniyyət abidələrdən biri olmasına baxmayaraq, on illərdir laqeyd qaldığını və bu gün vandalların və xəzinə “ovçuları”nın hədəfində olduğunu qeyd etdi.
Bu çərçivədə Paylan nazirdən kilsənin nə üçün nəzarət altına alınmadığını və zərər verənlərə qarşı niyə istintaq işinin aparılmadığını soruşdu.
Millət vəkili həmçinin ayrıca hökumətin niyə susduğunu və sərgüzəştli xəzinə “ovçular”ının xristian mədəniyyəti irsinə qarşı hərəkətlərindən qorunmadığını soruşdu.
Kürdpərəst partiyanı təmsil edən Paylan, nazirliyin Kayseridəki Surb Toros Erməni kilsəsini təmir etməyə hazır olub olmamasını da soruşub..
.