
Bu gün Rusiya Müdafiə Nazirliyinin Artaşat sərhəd hərbi hissəsinin yaranmasının 66-cı ildönümü böyük təntənə ilə qeyd olundu. Ararat icra başçısı Razmik Tevonyanın da iştirak eidb.
Tədbir təntənəli hərbi paradla başladı və zabit heyətinə, hərbçilərə, qazilərə insan ləyaqətinin, məsuliyyətinin və borcunun yüksək səviyyədə bilinməsinə görə diplom və təşəkkürnamələr verilib.
“Erməni-rus qardaşlığı əsrlər boyu davam etsin. Ermənistan-Türkiyə sərhədində göstərilən xidmətlər üçün təşəkkür edirəm”- deyə icra başçısı qeyd edib.
Artaşat sərhəd dəstəsinin komandiri, polkovnik Andrey Zinovun sözlərincə, sərhədçilər ER dövlət sərhədini şərəflə qorumuşlar və qoruyacaqlar.
İştirakçılar həm də vətən uğrunda canlarını fəda etmiş hərbi hissənin sərhədçilərinə həsr olunmuş abidə önünə çiçəklər qoyublar.
Təntənəli iclasın bağlanış mərasimi hərbi bayram konserti ilə yekunlaşdırıldı.


